
“Qadınların qərar qəbul edilməsi prosesində iştirakı” mövzusunda təlim keçirilib - FOTO
Sentyabrın 11-dən 14-dək Bakıda “Qadınların qərar qəbul edilməsi prosesində iştirakı” mövzusunda təlim keçirilib. Lent.az-ın məlumatına görə, iştirakçılara qadın liderliyi, etika, idarəetmədə liderlik xüsusiyyətləri, vəkillik kampaniyalarının təşkili, aparılması və qiymətləndirilməsi ilə bağlı ətraflı bilgilər verilib. Təlim Azadlıq Naminə Fridrix Naumann Fondu və USAİD-in maliyyə dəstəyi ilə Kounterpart İnterneşnlın həyata keçirdiyi Qadın İştirakçılığı Proqramı tərəfindən dəstəklənən “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsi çərçivəsində keçirilib. Təlimlərin açılış günündə Azadlıq Naminə Fridrix Naumann Fondunun Cənubi Qafqaz üzrə rəhbəri Yasemin Pamuk, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova iştirakçı xanımları salamlayıb. S. Qəhrəmanova ölkədə qadınların üzləşdiyi problemlər, dövlət tərəfindən atılan addımlar haqqında məlumat verərək, xanımları cəmiyyətdə və məişətdə daha fəal və cəsarətli olmağa səsləyib. Daha sonra Ə.Nuriyev “Azərbaycan cəmiyyətində qadınların aktiv sosial qrup kimi formalaşması: mövcud vəziyyət və yeni imkanların axtarışı” mövzusunda təqdimatla çıxış edib. Sessiyanın ikinci hissəsində Azadlıq Naminə Fridrix Naumann Fondunun Cənubi Qafqaz üzrə rəhbəri Yasemin Pamuk mühafizəkar cəmiyyətlərdə qadınlar, onların tutduğu yer, qarşılaşdıqları problemlər dair təqdimat edib.
Təlimin son günündə yerli bələdiyyə üzvü çıxış edərək iştirakçı xanımlara siyasi kampaniyaların keçirilməsi ilə bağlı məlumatlar verərək öz təcrübəsini bölüşüb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimin son günündə yerli bələdiyyə üzvü çıxış edərək iştirakçı xanımlara siyasi kampaniyaların keçirilməsi ilə bağlı məlumatlar verərək öz təcrübəsini bölüşüb.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Oxşar yazılar

İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43
Aşura bu gündür - Qafqaz Müsəlmanları İdarəsindən AÇIQLAMA
5 iyul 2025 , 13:17
Bakıya yağış yağacaq - Sabahın havası
5 iyul 2025 , 12:38Bu məhsulların qiymətlərini qaldırmaq təklif edildi
5 iyul 2025 , 12:36