Bazar günü IX sinif şagirdləri payız imtahanı verəcək
05 sentyabr 2012 13:22 (UTC +04:00)

Bazar günü IX sinif şagirdləri payız imtahanı verəcək

“Cari ildə ölkəmizdə orta məktəblərin IX sinif şagirdləri üçün payız imtahanı sentyabrın 9-da keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. E. Nağızadənin sözlərinə görə, bu il Azərbaycanda 29 minə yaxın IX sinif şagirdi həmin imtahanlarda iştirak edəcək. Mətbuat katibi onu da vurğulayıb ki, Bakı şəhəri üzrə payız imtahanında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini təhsil aldıqları təhsil müəssisələrindən əldə edə bilərlər: “Digər şəhər və rayonlarda təhsil alan şagirdlər (9 illik) isə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqəsini rayon və şəhər təhsil şöbələrindən ala bilərlər”.

Qeyd edək ki, artıq rayon və şəhər təhsil şöbələri ilə payız imtahanlarında iştirak edəcək şagirdlərin məlumat bazasının dəqiqləşdirilib.

Anar Məcidzadə
# 2232

Oxşar yazılar