"Həftə səkkiz mən doqquz" - Belə yaranıb
11 may 2024 19:24 (UTC +04:00)

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

Hər frazeoloji ifadənin, el məsəlinin arxasında mütləq unudulmuş bir fakt dayanır.

Lent.az-ın “Belə yaranıb” rubrikasında bu gün təqdim edəcəyi "həftə səkkiz, mən doqquz" ifadəsi də istisna təşkil etmir. Bu fikir necə dildən-dilə düşüb ondan bəhs edəcəyik.

Bu məsəl qədimdə bir çox xalqların istifadə etdiyi 8 günlük iş həftəsindən qaynaqlanır.

İndi istifadə etdiyimiz 7 günlük həftənin tarixçəsi “Bibliya”ya və qədim yəhudi ənənələrinə əsaslanır. Qədim şumerlər və babillər də 7 günlük həftədən istifadə edirdilər.

Qədim romalılar etrusklar isə həftəni 8 gün hesablayırdılar. 7 gün iş gün olurdu, 8-ci gün isə bazar ( alış-veriş günü) elan edilirdi. Bazara getmək bayram sayılır, insanlar üst-başlarını səliqəyə salırdılar.

Qədim Romada bazar günləri sonralar böyük qonaqlıqlarla da diqqət çəkməyə başladı. Həftənin səkkizinci günlərini mütləq şəkildə bayrama çevirənlər daha bəxtiyar xoşbəxt, arsız, dərdsiz-qəmsiz adamlar sayılırdılar. "Həftə səkkiz, mən doqquz" deyəndə bir adam üçün həftənin sonu da, əvvəli də bayramdır demək başa düşülürdü. Tez-tez bayram edir mənasında işlədilirdi. Sonradan bir qədər ironik məna alaraq, tez-tez təkrarlanan bütün hadisələr barədə bu ifadə işlədilməyə başladı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13710
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar