Yaponiya seysmoloqları Azərbaycana gəliblər
04 sentyabr 2012 18:42 (UTC +04:00)

Yaponiya seysmoloqları Azərbaycana gəliblər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.


Yaponiya nümayəndə heyətində OYO Seysmik Sənaye Korporasiyasının Joji Harada, baş menecer Takeşi Ohnişi təmsil olunublar. Bu gün səfər çərçivəsində AMEA RSXM-də görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən AMEA RSXM-in baş direktoru Qurban Yetirmişli, Seysmoloji şöbənin müdiri Tahir Məmmədli, AMEA RSXM baş direktorunun elmi məsələlər üzrə müavini Azay Rzayev və geofizika bölməsinin rəhbəri Tələt Əliyev iştirak ediblər. Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinin genişləndirilməsi, eləcə də Azərbaycanda aparılan seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub, Toru Kajivara rəhbərlik etdiyi şirkətin istehsal etdiyi seysmometrlər haqqında ətrafı məlumat verib. Qurban Yetirmişli də öz növbəsində Azərbaycanda aparılan kompleks seysmik tədqiqatlar barədə danışıb.


Qeyd edək ki, səfər çərçivəsində sabah yaponiyalı seysmoloqlar AMEA RSXM-in Bakı stansiyası ilə tanış olacaqlar.
# 999

Oxşar yazılar