Yeni gənclər təşkilatı dövlət qeydiyyatına alınıb
04 sentyabr 2012 11:13 (UTC +04:00)

Yeni gənclər təşkilatı dövlət qeydiyyatına alınıb

Lent.az-ın verdiyi məlumata görə, İctimai Birliyin əsas məqsədi gənclərin hərtərəfli inkişafına kömək etməkdən ibarətdir.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Mikayıloğlu bildirib ki, təşkilat təsis olunduqdan sonra aktiv fəaliyyətə başlayıb və dövlət qeydiyyatına alına qədərki müddətdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birlikdə “Azərbaycan gəncliyi: Müasir dövrün çağırışları” mövzusunda dəyirmi masa keçirib, Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında qanvermə aksiyası təşkil edib. Qanvermə aksiyasında “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Ramiz Mikayıloğlu rəhbərlik etdiyi təşkilatın gənclər arasında maarifçilik işlərinin aparılmasını xüsusi diqqət mərkəzində saxlayacağını da qeyd edib.
# 791

Oxşar yazılar