Respublika Günü münasibətilə rəsmi qəbul keçirildi
27 may 2014 15:26 (UTC +04:00)

Respublika Günü münasibətilə rəsmi qəbul keçirildi

0

Prezident və xanımı rəsmi qəbulda iştirak edib

 

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

 

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.


Salona toplaşanlar dövlət başçısını hərarətlə qarşılayıblar.


Azərbaycanın dövlət himni səslənib. Prezident İlham Əliyev rəsmi qəbulda nitq söyləyib.
Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi olub.


Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il üçün elm, mədəniyyət və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları milli təsviri sənətin inkişafında xidmətlərinə görə Oqtay Sadıxzadəyə, konsert-ifaçılıq fəaliyyətinə görə Ramiz Quliyevə, “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” monoqrafiyasına görə Tofiq Nağıyevə və “Heydər Əliyev. Şəxsiyyət və zaman” altıcildlik roman-tədqiqatına görə Elmira Axundovaya təqdim edilib.
 

Daha sonra Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 940

Oxşar yazılar