Qənirə Paşayeva AŞPA-nı türkmənlərə dəstək göstərməyə çağırdı
24 iyun 2014 11:54 (UTC +04:00)

Qənirə Paşayeva AŞPA-nı türkmənlərə dəstək göstərməyə çağırdı

“Son günlər İraqda mülkü türkmənlər qətlə yetirilir, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb. Həyatları ciddi təhlükə altında olan İraq türkmənləri Avropa Şurasını, Parlament Assambleyasını onların həyatlarına laqeyd qalmamağa və yaranmış dəhşətli vəziyyətin düzəlməsi istiqamətində səylərini artırmağa çağırırlar. Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var".

 

Lent.az-ın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva Strasburqda AŞPA-nın iclasında İraqda türkmənlərin yaşadığı faciələr və İŞİD tərəfindən Türkiyə diplomat və mülkü vətəndaşlarının girov götürülməsindən, saxlanılmasından danışarkən deyib.

 

Q. Paşayeva AŞPA-nı təcili addımlar atmağa, İraqda yaşayan 3 milyon türkmənə yardım etməyə çağırıb: “Türkiyə bizim Assambleyamızın üzvüdür və təşkilatımız Türkiyənin 49 diplomatının və 20-dən çox mülkü vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxalq səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməli, artırmalıdır. Doğrudur, İraq Avropa Şurasının üzvü deyil, amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar