İsveçrədəki səfirimiz Kantonlar Şurasının sədri ilə görüşüb
25 fevral 2013 23:47 (UTC +04:00)

İsveçrədəki səfirimiz Kantonlar Şurasının sədri ilə görüşüb

 

 Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı İsveçrə parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Filipp Lombardi ilə görüşüb.

 

Lent.az -ın Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinə istinadən məlumatına görə,görüş zamanı səfir hər iki ölkənin parlamentləri arasındakı əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirib. İsveçrə parlamentində cəmi 18 dostluq qrupunun fəaliyyət göstərdiyini vurğulayan səfir, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun onlardan biri olmasının əhəmiyyətini vurğulayıb. Parlamentlərarası əlaqələrin daha da intensivləşdirilməsinin zəruriliyini qeyd edən səfir bu xüsusda qarşılıqlı səfərlərin oynaya biləcəyi rolun əhəmiyyətinə diqqəti cəlb edib.

 

Söhbət zamanı Azərbaycan hökumətinin apardığı uğurlu sosial-iqtisadi siyasət, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

# 489
avatar

Oxşar yazılar