İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürüldü
07 avqust 2013 17:03 (UTC +04:00)

İqbal Ağazadənin prezidentliyə namizədliyi irəli sürüldü

Bu gün Ümid Partiyasının növbəti qurultayı keçirilib. Lent.az-ın məlumatına görə,

Ümid Partiyasının sədri İqbal Ağazadə qurultaylararası hesabatla çıxış edib. Görülən işlər qurultay iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.

 

MNTK-nın hesabatı dinlənilib. Sonra isə Ümid Partiyasının Nizamnaməsinə uyğun

olaraq təşkilatı məsələyə baxılıb. Ümidçi gənclərin təşəbbüsü ilə  İ. Ağazadə yenidən Ümid Partiyasının sədri seçilib.  Qurultay həmçinin 9 oktyabr Prezident seçkilərində  Ümid partiyasının iştirakı ilə bağlı qərar qəbul  edib.  İ Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyevin təklifi ilə İ. Ağazadənin  prezidentliyə namizədliyi irəli sürülüb.

 

 

# 974
avatar

Oxşar yazılar