Dünya ölkələrinin liderləri Azərbaycanın milli bayramı – 28 may Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbriklər göndərməkdə davam edirlər.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, “Respublika Günü” ilə əlaqədar Prezident İlham Əliyevə Roma papası Fransisk, Serbiya Prezidenti Tomislav Nikoliç, Norveçin Kralı V Harald, Özbəkistan Prezidenti İslam Kərimov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Prezidenti Emoməli Rəhmon, Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyv, İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyono, Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto, Monqolustanın Prezidenti Saxiaqiyn Elbeqdorj , Livan Respublikasının Prezidenti General Mişel Süleyman, Fələstin Prezidenti Mahmud Abbas, Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Daşkəndin və Özbəkistanın mitropoliti, Orta Asiya Mitropolit Dairəsinin rəhbəri Vikenti təbrik məktubları ünvanlayıblar.