Abel Məhərrəmov Türkiyə səfiri ilə görüşüb
01 mart 2013 15:07 (UTC +04:00)

Abel Məhərrəmov Türkiyə səfiri ilə görüşüb

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunu qəbul edib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə yaxın vaxtlarda BDU-da açılacaq Yunus Emre Türk Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.


Qeyd edək ki, ötən il Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub, o cümlədən “Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu” imzalanıb. Görüşdə vurğulanıb ki, Yunus Emre Türk Mədəniyyət Mərkəzinin BDU-da yaradılması türk dilinin və mədəniyyətinin öyrənilməsi və təbliği üçün önəmli addımlardan biri olacaq.

# 452
avatar

Oxşar yazılar