Vilayət Quliyev yeni təyinatından DANIŞDI:  "Bundan sonra da..."
05 may 2022 11:44 (UTC +04:00)

Vilayət Quliyev yeni təyinatından DANIŞDI: "Bundan sonra da..."

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük etimad göstərərək 4 may 2022-ci il tarixli sərəncamı ilə məni ölkəmizin Bosniya və Hersoqovinada Fövqəladə və Səlahiyyətli səfiri təyin edib". 

Lent.az xəbər verir ki, bunu dünən Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfir təyin edilən Vilayət Quşliyev deyib.

O, buna görə təşəkkürünü ifadə edib: 

"Bu münasibətlə tanıdığım və tanımadığım yüzlərlə insan sosial şəbəkə vasitəsi ilə  təbriklərini çatdırıb, gələcək fəaliyyətimlə bağlı xoş arzularını bildirib. Hər kəsə səmimi təşəkkürümü, minnətdarlığımı yetirirəm. Dövlət başçısının və hər bir vətəndaşımızın etimadını doğrultmaq, qüvvəm və imkanım daxilində sevimli Vətənimizə xidmət etmək bundan sonra da həyatımın ümdə məqsədi olacaq".

# 4056
avatar

Oxşar yazılar