Stalinin ölümü ilə bağlı yeni  İDDİA:   Qərb  kəşfiyyat orqanları   ZƏHƏRLƏYİB
05 mart 2024 15:19 (UTC +04:00)

Stalinin ölümü ilə bağlı yeni İDDİA: Qərb kəşfiyyat orqanları ZƏHƏRLƏYİB

“Rusiya Kommunistləri” partiyasının rəhbərliyi keçmiş SSRİ rəhbəri İosif Stalinin ölümündə Qərb kəşfiyyat xidmətlərinin mümkün iştirakı ilə bağlı araşdırmaya başlamaq üçün Federal Təhlükəsizlik Xidmətinə və Rusiyanın Baş Prokurorluğuna sorğu göndərib.

Lent.az bildirir ki, bu barədə Rusiya mətbuatı yazır.

Partiya sədri Sergey Malinkoviçin sözlərinə görə, bu sorğu onun “Qərbin agentləri” tərəfindən zəhərlənə biləcəyini iddia edən Stalinin müasirləri əsasında verilib. Federal Təhlükəsizlik Xidmətinə və Baş Prokurorluğa müraciət Stalinin ölümünün 71-ci ildönümündə verilib. Partiya Rusiya təhlükəsizlik xidmətlərinin “həqiqəti” tapa biləcəyinə ümid etdiyini bildirib.
 

# 2787
avatar

Oxşar yazılar