Bir saat yarım ərzində Ukrayna Rusiyanın iki regionu üzrə 22 pilotsuz uçan aparatı buraxıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələr yerli vaxtla səhər saatlarında vurulub. Hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində 13, Belqorod vilayəti üzərində isə daha 9 təyyarə tipli pilotsuz uçan aparatı ələ keçirib.
Müdafiə Nazirliyi Ukraynanın hərəkətlərini Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi adlandırıb.