Saat 12:00-a Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb
07 fevral 2024 12:54 (UTC +04:00)

Saat 12:00-a Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

Lent.az-ın xəbərinə görə, saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 54.67 % olub.

Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 23,69% olub.

Qeyd edək ki, prezident seçkilərində saat 12:00-dək olan məlumata əsasən, respublika üzrə 2499033 nəfər səs verib, seçici fəallığı 38,57 faiz olub.

# 2871
avatar

Oxşar yazılar