Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.
Lent.az-a açıqlama verən Razi Nurullayev 81 sayılı İmişli seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib:
“Bu səfər də öz dairəmdən seçkilərə qatılıram. Əvvəllər 79 sayılı idi, indi 81 sayılı İmişli seçki dairəsi olub”.
İqbal Ağazadə isə saytımıza açıqlamasında 36 sayılı Xətai-Suraxanı seçki dairəsindən namizədliyini irəli sürdüyünü bildirib.