Peskov Putinin  izlənilməsindən   DANIŞDI: Təhlükəsizliyi üçün  hər şey   edilir
01 mart 2024 19:15 (UTC +04:00)

Peskov Putinin izlənilməsindən DANIŞDI: Təhlükəsizliyi üçün hər şey edilir

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya xüsusi xidmət orqanları dövlət başçısının təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Kreml nümayəndəsi Amerikanın “Wired” nəşrinin ABŞ xüsusi xidmət orqanlarının Rusiya prezidentini ətrafındakı insanların smartfonları vasitəsilə izləmək cəhdləri barədə dərcini belə şərh edib.

Peskovun Putinin izlənilməsi ilə bağlı dedikləri

Dövlət başçısının mətbuat katibi vurğulayıb ki, Rusiya xüsusi xidmət orqanları Putinin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir.

Peskov qeyd edib ki, istənilən smartfon müşahidə üçün tamamilə şəffafdır.

"Smartfonlardan istifadə edən hər kəs bunu aydın şəkildə başa düşməlidir", - Kreml nümayəndəsi söyləyib.

Onun sözlərinə görə, Kreml onların prezidentə bu yolla casusluq etməyə cəhd etdiklərini və bu məlumatın nəyə əsaslandığını bilmir.

“Bizim orada adı keçən şirkətlər barədə məlumatımız yoxdur”, – Peskov əlavə edib.

Bir neçə gün əvvəl “Wired” jurnalist Bayron Thaunun kitabına istinadən xəbər vermişdi ki, ABŞ hakimiyyət və kəşfiyyat orqanları ilə əlaqəli olan “PlanetRisk” şirkəti Rusiya prezidentinin ətrafının köməkçilərini, təhlükəsizlik işçilərini, sürücüləri və digər insanları izləməyə imkan verən Locomotive texnologiyasından istifadə edərək smartfonları izləyir. 
 

# 2550
avatar

Oxşar yazılar