Müharibədən qayıdanlar üçün xüsusi komissiya yaradıldı - RƏSMİ
11 yanvar 2021 12:50 (UTC +04:00)

Müharibədən qayıdanlar üçün xüsusi komissiya yaradıldı - RƏSMİ

"Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətləri Müdafiə Nazirliyinin müvafiq komissiyasına ünvanlanmalıdır".

Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin müraciətində bildirilib. Qeyd olunur ki, İkinci Qarabağ müharibəsindən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üçün xüsusi komissiya yaradılıb:

"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Qeyd edək ki, bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir. Videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər isə həmin müraciətlərin anonim edilməsidir.

Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib.

Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2844
avatar

Mehman Nəbiyev

Oxşar yazılar