Müdafiə Nazirliyindən Ermənistanın daha bir yalanına  CAVAB
16 avqust 2021 13:04 (UTC +04:00)

Müdafiə Nazirliyindən Ermənistanın daha bir yalanına CAVAB

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, qeyd etdiyimiz kimi bu gün saat 9:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

Mehman Nəbiyev

Oxşar yazılar