Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı  PAYLAŞIM
31 mart 2021 12:56 (UTC +04:00)

Mehriban Əliyevadan Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı PAYLAŞIM

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir:

"Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin mart ayında törədilmiş vəhşiliklər bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də biz Azərbaycan xalqının məruz qaldığı etnik təmizləmənin, terror və soyqırımı aktlarının, ona amansızcasına divan tutulmasının ağrı-acısını heç vaxt unutmayacağıq. Faciənin günahsız qurbanlarının nurlu xatirəsini dərin hüznlə yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2673
avatar

Oxşar yazılar