Səid Xətibzadə
04 yanvar 2022 06:11 (UTC +04:00)

Səid Xətibzadə

İran Qərbə şərt qoydu: "Öz üzərilərinə götürməlidirlər"

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpasına dair Vyanada keçirilən danışıqlarda Avropa üçlüyünün (Böyük Britaniya, Fransa və Almaniya) mövqeləri daha da reallaşıb”.

APA İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. 

Tehranda jurnalistlərə açıqlama verən iranlı diplomat Qərbi ölkəsinə qarşı sanksiyaları ləğv etmək üçün qəti öhdəliklər götürməyə çağırıb: “Birləşmiş Ştatlar və üç Avropa dövlətinin sanksiyaların ləğvi üçün yol xəritəsini tərtib edib-etmədiyinə dair mühakimə yürütmək hələ tezdir, lakin biz əvvəlki mövqelərdən uzaqlaşmanın şahidi oluruq”.

Xətibzadə əlavə edib ki, məsləhətləşmələrdə iştirak edən qərblilər başa düşüblər ki, onlar Tehrana 2015-ci ildə bağlanmış BHFP çərçivəsindən kənara çıxan tələblər irəli sürə bilməzlər: “Bütün tərəflərin sanksiyaların ləğvi, müvafiq təminatların və yoxlama mexanizminin işlənib hazırlanmasında irəliləyiş əldə etmək istəklərini nümayiş etdirmələrinin vaxtı çatıb”.
 

# 2883
avatar

Oxşar yazılar