İmamoğlunun yerinə 3 ƏSAS NAMİZƏD
24 mart 2025 19:48 (UTC +04:00)

İmamoğlunun yerinə 3 ƏSAS NAMİZƏD

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırıldığı üçün onun yerinə kimin təyin olunacağı ilə bağlı müzakirələr başlayıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, Cümhuriyyət Xalq Partiyası tərəfindən artıq 3 nəfərin namizəd olması barədə məlumatlar dolaşır. Bunlardan ən əsası Büyükçekmece bələdiyyə sədri Hasan Akgündür. Digərləri Üsküdar bələdiyyəsinin sədri Sinem Dedetaş və Eyüpsultan bələdiyyə sədri Mithat Bülent Özmendir.

Qeyd olunur ki, yeni seçilən bələdiyyə sədrinin səlahiyyət müddəti onun yerinə seçildiyi bələdiyyə sədrinin səlahiyyət müddəti ilə məhdudlaşacaq. Lakin İmamoğlu səlahiyyət müddəti bitmədən geri dönərsə, o, öz kreslosunu ala biləcək.

Bildirilir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisində 314 yer var. CHP-nin 185, AK Partiyanın 120, MHP-nin 7, BBP-nin isə 2 üzvü olduğu üçün səsvermənin ən geci üçüncü turda yekunlaşması gözlənilir. 37 nəfərlik Bələdiyyə Məclisində CHP-nin 24, AK Partiyanın isə 10 üzvlə təmsil olunduğu Büyükçekmecedə də oxşar vəziyyət var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar