"Həmin terrorçu və onun arxasında duranlar cəzalanmalıdır" - İLHAM ƏLİYEV
09 aprel 2025 13:37 (UTC +04:00)

"Həmin terrorçu və onun arxasında duranlar cəzalanmalıdır" - İLHAM ƏLİYEV

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktına da toxunub.

Lent.az xəbər verir ki, Prezident bu barədə ADA Universitetində keçirilən beynəlxalq forumda danışıb.

“Əlbəttə, biz faciəvi hadisələri unuda bilmərik”, - deyən dövlətimizin başçısı həmin hadisənin Azərbaycana qarşı mütəşəkkil şəkildə hazırlanmış terror aktı olduğuna əminliyini bildirib.

Bu hadisədən iki il keçdiyini və hadisəni törədənin hələ də cəzalandırılmadığını bildirən Prezident qeyd edib: “Ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar