Rəcəb Tayyib Ərdoğan
14 sentyabr 2022 19:19 (UTC +04:00)

Rəcəb Tayyib Ərdoğan

"Ermənistanın təxribatları qəbuledilməzdir" - Ərdoğan

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, - Ərdoğan vurğulayıb.

# 1593
avatar

Oxşar yazılar