Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək  - Paşinyan
16 aprel 2025 17:51 (UTC +04:00)

Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək - Paşinyan

Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək. 

Lent.az xaricin KİV-ə istinadla bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 16-da jurnalistlərlə söhbətində müxalifətin və Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Qarabağ səhifəsinin bağlanmaması və bu məsələnin siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatları ilə bağlı sualı cavablandırarkən deyib.

“Mən bu bəyanatlara hələ onlar verilməmişdən əvvəl cavab verdim və dedim ki, Ermənistanda Qarabağ hərəkatı davam etməyəcək”, - Paşinyan əlavə edib.

O, Serj Sərkisyanın hakimiyyəti ələ keçirməsi ilə bağlı açıqlamasına da münasibət bildirib. “Serj Sarkisyan görsün ki, o vaxt nə demişdi", - hökumət başçısı bildirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1218

Oxşar yazılar