Ermənilər səhərə qədər Laçın və Kəlbəcəri atəşə tutub
09 sentyabr 2022 10:06 (UTC +04:00)

Ermənilər səhərə qədər Laçın və Kəlbəcəri atəşə tutub

Ordumuzun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

# 3219
avatar

Mehman Nəbiyev

Oxşar yazılar