Əbdürrəhman Vəzirov dəfn olundu -  FOTO
12 yanvar 2022 14:58 (UTC +04:00)

Əbdürrəhman Vəzirov dəfn olundu - FOTO

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov dəfn olunub.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Əbdürrəhman Vəzirov bu gün Moskvanın Troyekurovskoye qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Əbdürrəhman Vəzirov yanvarın 10-da Moskvada müalicə aldığı xəstəxanada 91 yaşında vəfat edib.

Qeyd edək ki, Əbdürrəhman Vəzirov 1930-cu ilk mayın 26-da Bakıda anadan olub. O, SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) fövqəladə və səlahiyyətli səfiri olub. Ə. Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi olub.

# 4470
avatar

Oxşar yazılar