"Bu vəzifədə ölmək istəmirəm" -  Lukaşenko
31 mart 2023 14:47 (UTC +04:00)

"Bu vəzifədə ölmək istəmirəm" - Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, hazırkı vəzifəsində ölmək istəmir. 

Lent.az-ın məlumata görə, o, ölkənin mənafeyini müdafiə etmək üçün kifayət qədər səlahiyyətinin olduğunu deyib.  

“Mən bütün ömrümü xalqın mənafeyinə xidmət üçün həsr etmişəm və bu vəzifədə də ölmək istəmirəm”, - Lukaşenko qeyd edib. 

Belarus prezidenti Aleksandr Lukaşenko hakimiyyətin övladlarına - oğulları Dmitri, Viktor və Nikolaya keçməsini də istisna edib.

“Varislik, davamlılıq haqqında bütün söhbətləri dayandırmaq lazımdır, mənim övladlarım prezident olmayacaq”, - Lukaşenka deyib.

# 2094
avatar

Sevinc Fərid

Oxşar yazılar