Azərbaycanda bu partiyalar da  PUL ALACAQ
21 noyabr 2022 15:36 (UTC +04:00)

Azərbaycanda bu partiyalar da PUL ALACAQ

Siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası dəyişir.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında əksini tapıb.

Hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna əsasən, maliyyə yardımının vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır. Vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin həm ilkin versiyasında, həm də yeni redaksiyasında bu bölgü qaydası saxlanılır. Ancaq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin son redaksiyasında seçkilərdə iştirak etmiş, ancaq Milli Məclisində təmsil olunmayan siyasi partiyalara maliyyə yardımının ayrılmasına dair qaydanın dəyişdirilməsi nəzərdə tutulur. Başqa sözlə, həm hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanuna əsasən, vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında da bu qayda dəyişməmişdi.

Lakin siyasi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin son redaksiyasına əsasən, partiyaları seçkilərdjə iştiraka təşviq etmək üçün seçkilərə qatılan bütün partiyalara dövlətin maliyyə yardımı ayırması proseduru müəyyənləşir. Başqa sözlə, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 2,5 faizi isə həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək.

 

 

# 1077
avatar

Oxşar yazılar

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

“Terrorçuya “ruhi xəstə” adını İranı idarə edən ruhi xəstələr verib” – DEPUTAT DANIŞDI

3 fevral 2023 , 18:09
Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

Zakir Həsənov Hulusi Akarla təlimi izlədi - FOTO

2 fevral 2023 , 17:28
İranın Moskavadakı ŞEYTAN YUVASI:  Bu casus şəbəkəsi də dağılmalıdır

İranın Moskavadakı ŞEYTAN YUVASI: Bu casus şəbəkəsi də dağılmalıdır

2 fevral 2023 , 16:02
"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi

"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi

2 fevral 2023 , 14:45
Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni  Ukraynada dəfn edin”

Mixail Saakaşvilinin VƏSİYYƏTİ: “Məni Ukraynada dəfn edin”

2 fevral 2023 , 00:02
Amerikalı polkovnikdən Ukrayna ilə bağlı  BƏDBİN PROQNOZ

Amerikalı polkovnikdən Ukrayna ilə bağlı BƏDBİN PROQNOZ

1 fevral 2023 , 17:45
İran polisi tərəfindən hər hansı ciddi tədbir görülməyib -  PREZİDENT

İran polisi tərəfindən hər hansı ciddi tədbir görülməyib - PREZİDENT

1 fevral 2023 , 13:17
"Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" - Etiraz dalğası böyüyür

"Dövlət heçnə etmədi, bizə yardım edən Təbriz oldu" - Etiraz dalğası böyüyür

1 fevral 2023 , 12:44