Azərbaycan BRICS-ə  üzvlük üçün rəsmi müraciət etdi
20 avqust 2024 17:43 (UTC +04:00)

Azərbaycan BRICS-ə üzvlük üçün rəsmi müraciət etdi

Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb.

Bu barədə Lent.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib.

BRICS-in üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Efiopiya və Birləşmiş Ərəb Əmirlikləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3471
avatar

Oxşar yazılar