Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edəcək şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.
Lent.az-a açıqlama verən Aqil Abbas 83 sayılı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildirib:
"Hələ ki namizəd olmamışam. Amma seçkilərdə iştirak edəcəm. Öz dairəmdən, 83 sayılı Ağcabədi-Füzuli seçki dairəsindən namizədliyimi irəli sürəcəyəm".