ASAİF-in həmtəsisçisi: “IX yay forumunda Dağlıq Qarabağ məsələsi və “Eurovision-2012” müsabiqəsi müzakirə olunacaq”
Forumun birinci günü dövlət rəsmilərinin, ASAİF-in xarici ölkələr üzrə nümayəndələrinin məruzələri, o cümlədən iştirakçıların fərqli mövzuları əhatə edən işçi qruplar üzrə müzakirələrə cəlb olunmaları planlaşdırılıb.
Forumun ikinci günü isə iştirakçıların Qəbələ rayonuna səfəri nəzərdə tutulub. Forumun keçirilməsində əsas məqsədin xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşərək ölkənin xaricdə təbliğatını daha effektiv təşkil etməkdə gənclərə kömək etmək olduğu bildirilir.
Lent.az forumun təşkilatçısı ASAİF-in həmtəsisçisi Rüfət Əzizovla müsahibəni təqdim edir.
- Biz, artıq bu cür forumların 9-cusunu keçirəcəyik. 2001-ci ildən bu yana ASAİF hər il Bakıda bu tipli forumlar təşkil edir. Məqsədimiz Azərbaycanın tələbələr vasitəsilə xaricdə təbliği, xaricdəki oxuyan tələbələrin, insan kapitalının ölkənin inkişafına yönəldilməsini təmin etməkdir. Forumun əsas mövzularından biri hər zaman Dağlıq Qarabağ məsələsi olub. Bu ilki forumda da müzakirə qruplarında qoyulacaq mövzularından biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq.
- Ümumilikdə neçə müzakirə qrupu olacaq?
- Mövzulardan birini artıq dedim. Digər bir mövzu “Eurovision-2012” müsabiqəsi ilə bağlıdır. Başqa bir müzakirə qrupunda virtual məkanda – sosial şəbəkələrdə Azərbaycanın təbliği mövzusu qaldırılacaq. Sonuncu mövzu isə “Azərbaycan beynəlxalq KİV-də” adlanır.
- Qrupların tərkibi forumun gedişində təyin olunacaq, yoxsa artıq müəyyənləşib?
- Artıq müəyyən adamlar moderator olaraq seçilib, ancaq tam dəqiqləşmədiyi üçün indidən həmin şəxslərin kimliyi ilə bağlı bir söz deyə bilməyəcəyəm.
- Forumun qonaqları kimlər olacaq?
- Azərbaycanda fəaliyyət göstərən bütün səfirliklərin nümayəndələri, həmçinin, ölkəmizdəki gənclər təşkilatlarının nümayəndələri foruma dəvət edilib. Bundan əlavə, bir çox dövlət qurumlarından, müxtəlif nazirliklərin rəsmiləri, eyni zamanda, nazirlərin özləri forumda iştirak edəcəklər. Forumun digər qonaqları isə gənclərdən ibarət olacaq.
- Gənclərlə bağlı imzalanan dövlət proqramının forum zamanı müzakirə edilməsi nəzərdə tutulub?
- Qeyd edim ki, həmin qanunun formalaşması prosesində ASAİF-in bütün üzvləri iştirak edib, müzakirələrdə aktiv iştirakçı olub. Biz ASAİF-in adından öz təkliflərimizi paket halında müvafiq qurumlara təqdim etmişdik. Təkliflərimizin demək olar ki, əksəriyyəti dövlət proqramına salınıb. Biz, artıq müzakirəyə deyil, həmin proqramda göstərilənlərin icrasına başlayacağıq. Forumda da bu mövzu ətrafında müxtəlif məqamlar müzakirə olunacaq. Biz, artıq proqram üzrə nə edilməli olduğunu bilirik və forumda da əsasən bu istiqamətdə müzakirə aparılacaq.
- Avropa ölkələrində keçiriləcək forumun növbətisinin harada baş tutacağı müəyyənləşib?
- Bu barədə planlar var, ancaq dəqiq deyil. Çox güman ki, növbəti forum Amerikada – Vaşinqtonda olsun. Bu da tam dəqiq deyil. Ancaq gələn il üçün Amerikada və Azərbaycanlı tələbələrin ən çox olduğu Türkiyədə forum keçirilməsi nəzərdə tutulub.
- Forumun xərclərini kimlər təmin edir?
- Forum Gənclər və İdman Nazirliyinin baş sponsorluğu ilə keçirilir. Bundan əlavə, Azercell şirkəti də müəyyən dəstək verir.
Anar

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37