AŞ PA-nın sessiyası başlayır
07 aprel 2011 18:15 (UTC +04:00)

AŞ PA-nın sessiyası başlayır

Aprelin 11-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası başlayacaq.

Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Rövşən Rzayev, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova, Qənirə Paşayeva və Elxan Süleymanov Fransada səfərdə olacaqlar.


Sessiya çərçivəsində Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Proqramının iqtisadi inkişafa təsiri, mədəniyyətlərarası dialoqda dini meyarlar, yoxsulluqla mübarizə, işgəncələrin qarşısının alınması mexanizminin gücləndirilməsi, uşaq və gənclərin şəkərli diabet və artıq çəkidən qorunması, miqrant qadınların hüquqlarının müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə və digər məsələlər barəsində müzakirələr aparılacaq.
Milli Məclisin nümayəndələri sessiyanın işində və komitələrin iclaslarında yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar