Ramil Usubov: “Ölkədə qarşıdurmaya yol verilməyəcək”
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirib. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu nəzərə çatdıraraq bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatıb.
Eyni zamanda, insanların hüquq və azadlıqlarının, həyat və sağlamlığının, milli genofondun qorunmasında, eləcə də ağır cinayətlərin və əməliyyat şəraitinə neqativ təsirin qarşısının alınmasında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ixtisaslı mübarizənin başlıca şərtlərdən olmasını qeyd edən nazir bu sahədə qarşıda mühüm vəzifələrin durduğunu, son illər işin daha səmərəli yerinə yetirildiyini, lakin əldə edilmiş nəticələrin mövcud reallığı tam əks etdirmədiyini, uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də ciddi nöqsan və çatışmazlıqların mövcudluğunu vurğulayıb.
Gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski və Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov məruzə ilə çıxış edib.
Ramil Usubov cinayət hadisələrindən zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanın ibtidai istintaq prosesində ödətdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün tədbirlərin görülməsinin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yol verən əməkdaşlar barədə ən ciddi ölçülərin götürülməsinin vacibliyinə toxunaraq bu istiqamətdə fəaliyyətin davamlı şəkildə həyata keçiriləcəyini nəzərə çatdırıb.
O, son günlər şəhər İcra hakimiyyətilə razılaşdırmadan paytaxtın mərkəzi küçə və meydanlarında qanunsuz aksiya keçirməklə və polis əməkdaşları ilə bilərəkdən qarşıdurmaya getməklə ictimai asayişi, sabitliyi pozmaq niyyəti güdən bəzi radikal müxalifət partiyalarının və ayrı-ayrı təşkilatların pozuculuq fəaliyyətinə toxunu. Nazir respublikada qarşıdurma yaradılmasına imkan verilməyəcəyini, bunun üçün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının bütün zəruri tədbirləri görəcəyini bir daha bəyan edib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29