Arif Hacılı həbs olundu
Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, bu gün Səbail Rayon Məhkəməsi A. Hacılının barəsində 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini qeyd edib.
Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məhəmməd Məcidlidir.
Şübhəli şəxs qismində saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29