Elmar Məmmədyarov Meksikada mühüm görüşlər keçirib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş, Parlament Televiziyası vasitəsi ilə canlı yayımlanıb. Meksika Konqresinin deputatları Azərbaycanla müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət və təhsil, iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin bu istiqamətdə hər iki ölkənin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməlinin vacibliyi vurğulanıb.
Görüşdə Elmar Məmmədyarov Meksikaya səfəri çərçivəsində keçirilmiş görüşlərdən söz açaraq, Azərbaycanın xarici siyasətinin prioritetləri və beynəlxalq əməkdaşlıq istiqamətləri, Azərbaycanda davam edən iqtisadi proseslərdən danışıb. O həmçinin Meksika ilə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs edib.
Nazir Meksika parlamentarilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri, bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün olduğunu və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqda ətraflı məlumat verib. Parlamentlərarası dostluq qrupunun üzvləri münaqişənin tezliklə həll edilməsinin vacibliyini qeyd edərək, münaqişənin nizamlanması zamanı Azərbaycanın suverenliyinə beynəlxalq hüquq çərçivəsində hörmətlə yanaşmanın zəruriliyini vurğulayıblar.
Martın 29-da Elmar Məmmədyarov Meksika Senatının dəvəti ilə Senatorlarla birgə Azərbaycanın xarici siyasəti və Meksika ilə ikitərəfli münasibətləri mövzusunda dəyirmi masa görüşündə iştirak edib. Senatorlar ilk dəfə Meksikada səfərdə olan Azərbaycan Xarici İşlər Nazirini salamlayaraq, ölkələrimiz arasında parlamentlərarası münasibətlərə Meksika Senatı tərəfindən mühüm əhəmiyyət verildiyini bildiriblər. Nazir burada da Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin vacibliyini dilə gətirib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29