Türk telekanallarında “Xocalıya Ədalət” rep klipi yayımlanır
“Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində 2010-cu ildə hazırlanmış “Xocalıya Ədalət” rep manifesti 21 fevraldan etibarən Türkiyənin əsas musiqi telekanallarından olan TVT, “VİVA TV”, “GALA TV”, “Tatlıses TV” və digər kanallarda yayımlanmağa başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, klipin telekanallar vasitəsilə Türkiyə və dünya ictimaiyyətinin diqqətinə çatdırılması həftə ərzində davam edəcək. Bu aksiyada əsas məqsəd Türkiyə gənclərinin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasıdır. Bu rep manifest “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Amerikalı rep musiqiçisi Toni Bləkmən və Azərbaycanın “Dəyirman” rep qrupu tərəfindən hazırlanıb və keçən il ərzində bir sıra ölkələrdə yayımlanıb.
Bundan əlavə, Türkiyənin Osmanqazi, Erciyes, Səlçuk, Ondukuz Mayıs, Yıldız Teknik, 9 Eylül və Qazi Universitetlərində “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair beynəlxalq konvensiyanın” qüvvəyə minməsinin 60-cı ildönümü və Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq tələbələrin iştirakı ilə “Soyqırıma son” (“No more genocides”) adlı sülhməramlı FlashMob tipli aksiyalar keçirilir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29