Xarkovda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib
İslam Konfransı Gənclər Forumunun (İKGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Xarkov Azərbaycanlılar Konqresinin birgə təşəbbüsü ilə Xarkov şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı toplantı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən toplantıda Xarkov Vilayət Administrasiyası rəsmiləri, Azərbaycan diasporunun fəalları, yerli televiziya və KİV nümayəndələri iştirak edib.
Xarkov ictimaiyyətinin nümayəndələri Xocalı qurbanlarının anim mərasiminə 1992-ci ildə döyüş bölgəsindən dinc əhalini çıxararkən Qarabağ səmasında vertolyotun ermənilər tərəfindən partladılması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə çiçəklər qoymaqla qatılıblar. Anım mərasimində Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov çıxış edib. O 19 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqırımı siyasətinin məntiqi davamı kimi dəyərləndirib. Sonra mərasimə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış “Xocalı soyqırımı” filminə baxıblar.
“Xocalıda baş verənlər insanlığa yönəlik bəşəri bir cinayətdir” deyən gürcü diasporunun sədri Zurab Kiviya, Türk Milli Birliyini sədri İrfan Gəbəci Xarkov vilayətinin rəsmi nümayəndələri və bir sıra xalqların diaspora rəhbərləri dünya birliyini və beynəlxalq təşkilatları bəşəri cinayətə hüquqi-siyasi qiymət verməyə çağırıblar.
Ukraynada yaşayan Azərbaycan gənclərinin “Xocalıya ədalət!” kampaniyasına qoşulduğunu bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, Birliyin Xarkov vilayət təşkilatının sədri Afiyəddin Balakişiyev və digər gənclər Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bütün güclərini səfərbər etdiklərini vurğulayıblar.
İKGF-nin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş “Xocalı ayı” fevralın sonunadək bir sıra tədbirlər və etiraz aksiyaları ilə davam edəcək.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29