Müsavat Partiyasının 100 illiyi qeyd olunub
APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Müsavat başqanı İsa Qəmbər 2011-ci ilin “Müsavat ili” elan olunduğunu xatırladıb: “Bu gün əslində adi günlərindən biridir. Lakin biz bu tarixdə partiyanın yaradılmasının yüz illiyini qeyd etməklə cəmiyyətə bir mesaj göndəririk. İlin bütün günləri partiyanın yaranma günü kimi qeyd oluna bilər. Müsavat Azərbaycana bayraq, himn, gerb kimi müqəddəs atributları verməklə yanaşı, demokratik bir ideyanın yaranmasında da böyük rol oynayıb. Bizim partiya hər zaman digər partiyalarla, təşkilatlara müttəfiq olub, heç vaxt tək fəaliyyət göstərməyib”.
Daha sonra tədbirdə partiyanın yaradılmasına həsr olunan videosüjet nümayiş olunub. Tədbirdə Müsavat irsini araşdıran alim Nəsiman Yaqublu, tarixçi Cəmil Həsənli partiyanın tarixindən danışıblar. AXCP sədri Əli Kərimli və AXP lideri Pənah Hüseyn partiyanın yaranması münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Onlar Müsavat Partiyasının yubileyinin dövlət səviyyəsində qeyd olunmasının vacibliyini vurğulayıblar.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29