Qvatemala parlamentinin deputatları Azərbaycana gələcəklər
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Qvatemala Respublikasında səfir təyin edilməsi barədə etimadnaməsini Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosa təqdim edib.
Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İlqar Muxtarov Qvatemala prezidentinə Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi barədə Qvatemala prezidentinə məlumat verib.
Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. İlqar Muxtarov Qvatemalanın gənc diplomatları və enerji sahəsində ixtisaslaşan tələbələri üçün Azərbaycan Diplomatik Akademiyası və Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən həyata keçirilən təqaüdlü təhsil proqramlarında iştirak etmək imkanının olduğunu söyləyib və bu, Alvaro Kolom Kabayeros tərəfindən maraqla qarşılanmışdır.
İlqar Muxtarov etimadnamənin surətini Qvatemala Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib. Səfir Qvatemalaya səfəri çərçivəsində Qvatemalanın enerji və dağ-mədən sənayesi Naziri Romeo Auqusto Rodriqes və iqtisadiyyat nazirinin müavini Abel Kruzla da görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən həyata keçirilən beynəlxalaq iqtisadi layihələr çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. İlqar Muxtarov Romeo Auqusto Rodriqesi 2011-ci ilin iyun ayında Bakıda keçiriləcək “Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransına” iştirak etməyə dəvət edib. O, Azərbaycana səfər edəcəyini bildirib.
İlqar Muxtarov Qvatemala Konqresinin sədr müavinləri Manuel de Xesus Barkin və Xose Qandara ilə də görüşlər keçirib. Tərəflər iki ölkənin parlamentləri arasında siyasi əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Qvatemala Konqresinin deputat nümayəndə heyətinin Azərbaycana səfəri haqda razılıq əldə edilib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29