Həmsədrlərdən yeni kompromis təkliflər
30 iyun 2009 14:00 (UTC +04:00)

Həmsədrlərdən yeni kompromis təkliflər

Fransa XİN nazirlərin görüşü ilə bağlı bəyanat yaydı

Fransa Xarici İşlər və Avropa Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Parisdə keçirilən görüşü ilə bağlı bəyanat verib.

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunda ABŞ və Rusiya ilə yanaşı, həmsədr olan Fransa Azərbaycana və Ermənistana onları qarşıdurmaya gətirən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həllinin nizamlanmasına kömək etmək üçün öz mediasiya səylərini əsirgəmir. Mediator ölkələrin təşəbbüsü ilə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni danışıqlar məqsədilə 26 iyun tarixində Parisdə görüşüblər.

Prezidentlər Əliyev və Sarkisyanın iyunun əvvəlində Sankt-Peterburqda olduqca müsbət olan son görüşlərinin davamı barədə imkanları araşdırmaq məqsədilə hər iki nazir, konstruktiv əhval-ruhiyyədə, vasitəçilərlə öncə ayrılıqda ətraflı danışıb, daha sonra isə vasitəçilərin iştirakı ilə bərabər söhbət ediblər.

Bu söhbətlər Sankt-Peterburqda əldə olunmuş irəliləyişləri möhkəmlətməyə və əldə oluna biləcək yeni irəliləyişlər sahələrini dəqiqliklə müəyyənləşdirməyə imkan verib, həmsədrlər bu sahələrə aid yeni kompromis təkliflər irəli sürüblər.

Bu kontekstdə, vasitəçilər, hər iki prezidentin, prinsipi qəbul edilmiş və iyul ayının ortalarında Moskvada baş tuta biləcək yeni görüşünü hazırlamaq məqsədilə növbəti ayın əvvəlində Bakıya və İrəvana, həmçinin Dağlıq-Qarabağa bir daha səfər etməyə qərar veriblər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781

Oxşar yazılar