Milli Məclis toplanır
Növbədənkənar iclasın gündəliyinə 6 məsələ daxildir
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək. İclasda “Bank olmayan təşkilatların fəaliyyəti haqqında” qanun layihəsindən tutmuş mühasibat uçotu sahəsində bəzi qərarların qüvvədən düşməsinədək bir çox məsələlər müzakirə olunacaq.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Lent.az-a bildirib ki, bugünkü iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlardan biri “Könüllülük fəaliyyət haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək. Gündəlikdə duran digər məsələlər “Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi”, “Bələdiyyələrin statusu haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır. Millət vəkilləri bu gün həmçinin dövlət ehtiyatı üçün nəzərdə tutulmuş torpaqlardan istifadə qaydalarını da müzakirə edəcəklər.
Akif Təvəkküloğlu deyib ki, növbədənkənar iclasların birində “Təhsil haqqında” qanun layihəsinin də müzakirəyə çıxarılacağı planlaşdırılıb. Ancaq bunun konkret vaxtı hələ müəyyənləşməyib.
Elxan SALAHOV

Oxşar yazılar

“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” - Rafiq Əliyev
15 avqust 2022 , 16:30
İlham Əliyevdən Qarabağ ermənilərinə MESAJ: "Nə status olacaq, nə də hansısa xüsusi imtiyaz"
12 avqust 2022 , 19:00
Prezident “Qisas” əməliyyatından DANIŞDI
12 avqust 2022 , 17:15
Sosial şəbəkələrdə paylaşım edən daha iki hərbçi ordudan çıxarıldı
12 avqust 2022 , 09:15
Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI
10 avqust 2022 , 20:15
Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşdü
10 avqust 2022 , 00:48
Birinci vitse-prezident İslamiadanın açılışından video paylaşdı - VİDEO
10 avqust 2022 , 00:16