Nuşirəvan Məhərrəmli: “Bu ANS-lə TRT arasında olan məsələdir” - MÜSAHİBƏ
“Monitorinq hər gün aparılır”
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Lent.az-ın əməkdaşının və digər jurnalistlərin suallarını cavablandırıb.
- Azərbaycanda sırf informasiya telekanalı olan “Xəbərlər” televiziyasının açılması nə dərəcədə realdır?
- Bilirsiz, bir sıra ölkələrdə həqiqətən də bu tipli televiziyalar var. Bu televiziyaların mövcudluğu daha çox əhalisi və ərazisinə görə böyük olan ölkələrə xasdır. Bu məsələdə həm potensial, həm də insan ehtiyatı baxımına görə hərəkət edilir. Ancaq kiçik ölkələrdə bu cür sahə xarakterli televiziya kanallarının açılması çox az-az hallarda olur. Bir müddət əvvəl biz idman kanalı açdıq. Bu, hər ölkədə olmayan, əhalisi az olan dövlətlərə xas olmayan bir şeydir. Ona görə də belə şeylərdə diqqətli olmalıyıq. Yəni, başqa dövlətlərdə olan hər şeyi burada tətbiq edə bilmərik. Ancaq zərurət yarandıqca, bu işləri həll edəcəyik.
- Telekanallarda monitorinqlərin aparılması ilə bağlı vəziyyət necədir?
- Bu monitorinq hər gün gedir, davamlı şəkildə davam edir. Yalnız zərurət yarandıqca, onun mahiyyəti bir az fərqli olur. Yəni, ayrı-ayrı vaxtlarda bəzi telekanallarla bağlı ayrıca monitorinq aparılır, o zaman bu barədə ictimaiyyətə məlumat verilir. Hazırda bu cür fərqli monitorinq yoxdur.
- Xarici radiostansiyalarla bağlı məsələdə hansısa yenilik varmı?
- Biz bununla bağlı öz mövqeyimizi ortaya qoymuşuq. Yəni Teleradio Şurası artıq bütün ölkələr üçün vahid bir standart tətbiq edir. Yəni bir ölkəyə şərait yaradıb, digərinə şərait yaratmamaq fikrindən uzağıq. Ona görə də Teleradio Şurası bütün ölkələrlə bağlı eyni bir siyasət aparır. Amma biz dedik ki, bu sahədə dövlətimizin marağı varsa, qarşılıqlı müqavilə imzalanarsa, biz bu məsələyə baxa bilərik. Ona gör də biz hələ gözləyirik.
- İyunun 2-də ANS TV Türkiyə-Azərbaycan matçını TRT-dən götürərək yayımladı. Burada qanun pozuntusu var idimi? Bununla bağlı şəxsən Sizin narazılığınız varmı?
- Bizi qanun tərəfi maraqlandırır. Bilirsinizmi, qanun baxımından hər şeyi teleradio Şurasının üzərinə atmaq doğru deyil. Bu, iki subyekt - ANS-lə TRT arasında olan məsələdir. Əgər ANS qanunu pozubsa, TRT onu məhkəməyə verə bilər və haqqını tələb edə bilər.
- Sabah Bakıda internet media ilə bağlı tədbir keçiriləcək. Ümumilikdə bu məsələ ilə bağlı əsas problem nədən ibarətdir?
- Öncə onu deyim ki, mayın 27-28-də İslandiyanın paytaxtı Reykyavikdə Avropaya Şurasına üz olan dövlətlərin mediaya məsul şəxslərinin birinci görüşü oldu. Mən də həmin görüşdə iştirak edirdim. Orada ən əsas məsələ internet medianın tənzimlənməsi məsələsi idi. Artıq bütün Avropa ölkələri bu sahədə ciddi dəyişikliklərə, tənzimləmələrə ehtiyac olduğunu bildirirlər. Biz də hələ üç il bundan əvvəl belə bir məsələ qaldırmışdıq. Amma o zaman bizi günahlandırırdılar ki, dövlət interneti nəzarətə götürmək istəyir. Biz isə o zaman da elan etdik ki, bu təkcə bizə aid olan məsələ deyil. İstər dövlət, istər qeyri-dövlət formasında internet mediasının tənzimlənməsinə ehtiyac var. Çünki internetin fəsadları artıq üzə çıxmağa başlayıb. Bizim gündəlik həyatda hər birimizin gördüyümüz işlər, alış verişdən başlamış poçta getməyimiz, kitabxanaya getməyimiz hamısı qanunvericiliklə nizamlanır. Amma indi biz gündəlik həyatımızı virtual bir sahəyə keçirmişik. Virtual sahədə əyləşdiyimiz yerdə bütün işlərimizi görürük. Amma bu sahə tənzimlənmir. Təsəvvür edin ki, bizim həyatımız. Yəni burada çox ciddi fəsadlar var.
- Bu fəsadlar konkret nədən ibarətdir?
- Kibercinayətkarlıq deyilən anlayış var, terrorizmlə bağlı ciddi məsələlər var. Yetişməkdə olan nəslin tərbiyəsi ilə bağlı ciddi məsələlər ortalıqda dayanır. Digər məsələlər də var ki, həmin məsələlərlə bağlı internet çox ciddi mənfi rol oynayır. Amma bilirik ki, internet dünyada müsbət mənada ən böyük kəşflərdən biridir, bunun qarşısını almaq fikrimiz də yoxdur. Çünki belə bir addım atılarsa, bunu qarşısı alınarsa, biz yeni kəşflərin qarşısını almış olarıq. Amma hər hansı bir formadasa bu işləri görmək lazımdır. Çünki internet texniki bir vasitədir, fəaliyyət sahəsi deyil. Fəaliyyət sahəsi televiziya, radio, qəzet, jurnal, agentlikdir. İnternet isə texniki vasitədir, o fəaliyyət sahəsini həyata keçirmək üçün istifadə edilir. Yəni bunları bir-birindən fərqləndirmək lazımdır. İndi bunun üzərində müzakirələr gedir ki, problemlər hansı formada aradan qaldırılsın. Bu ciddi məsələ olduğundan belə ciddi müzakirələr aparılır ki, ortaq bir yol tapılsın.
- Son vaxtlar Azərbaycanda internet qəzetlərin sayı artıb...
- Artıq Azərbaycanda da internet kütləvi bir hal alıb. Yəni kütləvilik üçün bəzən ciddi qanunvericiliyə ehtiyac olur. Əvvəllər əgər bir insan yazırdı, digərləri oxuyurdusa, indi internetdə hamı yazır və hamı oxuyur. İndi bunu tənzimləmək üçün yol axtarılır və bu yolu tapmaq lazımdır. Bunun yolu tapılmalıdır ki, məsələn bu qurum vətəndaş cəmiyyətinə aid institutlardan biri olsun, dövlət qurumu olsun, və yaxud özünü tənzimləmək üçün internet provayderlərin özlərinin məsuliyyəti artsın, ümumiyyətlə peşəkarlıq məsələsinə baxılsın. Yəni maariflənmə məsələsinə ciddi diqqət yetirilməlidir. Biz hələ bunu müzakirə edirik, Avropa dövlətləri birgə yollar axtarırlar. Biz bu işə öz təşəbbüsümüzlə deyil, Avropa Şurasının təşəbbüsü ilə başlayırıq.
- Başqa ölkələrdə bu vaxta qədər belə bir təcrübə olubmu?
- Xeyr. Mən bildirdim ki, bu məsələ ümumiyyətlə dövlətlər arasında müzakirə edilir ki, problemdən çıxış yolu tapılsın. Bütün beynəlxalq təşkilatlar, jurnalist təşkilatlarından tutmuş nazirliklərə qədər bütün strukturlar bunun üzərində düşünürlər. Hamısı hesab edir ki, bu sahə hansısa formadasa tənzimlənməlidir. Çünki dediyim kimi bunun fəsadları artıq ortadadır. Bu fəsadlar hələlik Azərbaycanda ciddi hiss olunmur. Çünki bizdə internet hələ zəif inkişaf edib. Amma bütün Avropa ölkələrində belə problem var və bu suala cavab axtarılır ki, internet mediadır yoxsa media deyil.
Pərvin ABBASOV

1130