Misir, Tunis və İordaniyadakı diplomatik nümayəndəliklərimiz adi rejimdə işləyir
Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşı Cavid Ələkbərov APA-ya bildirib ki, paytaxt Qahirənin hökumət və parlament binalarının yerləşdiyi mərkəzi hissəsinə gedən yollar qapalıdır və mühafizə olunur: “Həmin istiqamətdə gedən bütün avtomobillər geri qaytarılır. Səfirliyimiz həmin zonadan uzaqda yerləşir və bizim rayonda sakitlikdir. Adi rejimdə çalışmağa davam edirik”.
C. Ələkbərov Qahirə universitetlərində təhsil alan 70-ə yaxın azərbaycanlının da hər hansı problemlə qarşılaşmadığını söyləyib: “Səfirliyə hər hansı müraciət daxil olmayıb. Lakin biz özümüz onlarla əlaqə saxlayırıq”.
Diplomat Misirdə istirahət edən azərbaycanlı turistlərdən də müraciət daxil olmadığını açıqlayıb: “Bakıdan Şarm-əl-Şeyxə birbaşa reyslər var və bu reyslə əsasən turistlər gəlir. İndi onların sayı çox deyil və hələlik bir problem yaşanmayıb”.
Azərbaycanın İordaniyadakı səfirliyinin I katibi Kənan Murtuzov paytaxt Əmmanda kütləvi qarışıqlığın olmadığını, sadəcə, küçələrdə dinc nümayişlərin keçirildiyini qeyd edib: “Hər şeyin sülh şəraitində gerçəkləşdiyini sübut edən faktlardan biri odur ki, polis nümayişçilərə su paylayır. İordaniyadakı azərbaycanlıların taleyinə hər hansı təhlükə yoxdur. Turistlər ölkəyə gəlməyə davam edir, hava limanları normal işləyir”.
Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Tunisdəki diplomatik nümayəndəliyin də adi rejimdə işlədiyini və hansısa problemin yaranmadığını deyib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29