Avropada Qarabağ münaqişəsi haqqında kitab nəşr olunub
Avropada Qarabağ münaqişəsi haqqında yeni nəşr - “Qarabağ müharibəsi: Qafqaz regionunda böhran və münaqişə menecmentliyi“ adlı kitab işıq üzü görüb. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Avstriya Müdafiə Nazirliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə Vyanada Liberal Siyasət üçün Beynəlxalq Institutun (Internationales Institut für Liberale Politik) “Vünaqişə Menecmentliyi“ lahiyəsinin yekunu olaraq dərc olunan bu kitab (Erich Reiter (Hrsg.), 2009: Der Krieg um Bergkarabach: Krisen-und Konfliktmanagement, Böhlau-Verlag: Wien-Köln-Weimar. ISBN: 978-3-205-78404-3, URL: http://www.boehlau.at/978-3-205-78404-3.html) alman və ingilis dilində elmi məqalələr toplusundan ibarətdir. Almaniya, Avstriya, Rusiya və Türkiyədən olan region üzrə tanınmış mütəxəssislərin hazırladığı bu kitab son illərdə Azərbaycan-Emənistan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən proseslərin sistemli təhlilinə dair ilk kollektiv araşdırmadır.
Qeyd edək ki, sözügedən layihədə Azərbaycandan olan gənc tədqiqatçı - Almaniyanın Mannhaym Universitetinin siyasi elmlər üzrə doktorantı, Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) üzvü Azər Babayev də iştirak edib. Onun kitabda “Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın baxışı” mövzusunda geniş araşdırması yer alıb. Bu araşdırmanı son illərdə alman dilində Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətləri baxımından yazılmış ən sanballı elmi məqalələrdən hesab etmək olar. Azər Babayev öz məqaləsində xüsusilə Azərbaycanın son dövrlərdə regionda artan əhəmiyyətinə və buna paralel olaraq Ermənistanın bölgədəki beynəlxalq əhəmiyyətli layihələrdən təcrid olunmasına diqqəti cəlb edir. Siyasi elmlər üzrə doktorant daha sonra keçən il Cənubi Osetiya ətrafında baş verən hadisələrin münaqişənin Azərbaycanın maraqları baxımından ədalətli həlli üçün əlavə imkanlar yaratdığı tezisini irəli sürür. Azər Babayevin məqaləsi həmçinin Azərbaycanın hüquqi, siyasi və tarixi müstəvidə münaqişə ilə bağlı arqumentlərinin Qərb elmi ictimaiyyətinə sistemli şəkildə təqdim olunması, habelə Azərbaycanın xarici siyasətinin təhlili baxımından da əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Azər Babayev Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin fəal üzvü olmaqla yanaşı, həm də Birliyin Mannhaym Universitetindəki şöbəsinə rəhbərlik edir.
Pərvin ABBASOV

824