Əsir götürülən çavuşun azad olunması üçün BQXK-ya müraciət edildi
Rəsmi qurumlar Anar Hacıyevin əsir götürüldüyünü təsdiqlədi
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevin azad olunmasına köməklik göstərməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib.
Bu barədə APA-ya komissiyanın katibi Şahin Sailov bildirib. Onun sözlərinə görə, komissiya A. Hacıyevin əsir götürülməsi faktını təsdiqləyib və onun azad olunması üçün lazım olan bütün addımları atacaq: “Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinə yazılı müraciət olunub. Müraciətə cavab gözləyirik”.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən də APA-ya çavuş Anar Hacıyevin Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi faktını təsdiqləyiblər. Çavuşun hansı şəraitdə əsir götürüldüyü isə hələlik məlum deyil. Nazirlik bununla bağlı araşdırmalar aparır.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Onun mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü bildirilir.

Oxşar yazılar

Prezident Ramana qəsəbəsində - FOTO
6 iyul 2022 , 14:15
Bizim gəncliyimiz Vətənin naminə öz hüququndan keçir, canını qurban edir
6 iyul 2022 , 12:23
Azərbaycanın ehtiyatdakı hərbçiləri toplanışa çağırıldı
6 iyul 2022 , 10:02
Kəlbəcər atəşə tutuldu - Vəziyyət...
4 iyul 2022 , 09:33
Ordumuza erməni təxribatları ilə bağlı XÜSUSİ TAPŞIRIQ
2 iyul 2022 , 12:55
Bu polislərə general rütbəsi verildi - SİYAHI
1 iyul 2022 , 14:02
Rusiyalı deputat: “Zelenski tribunala verilməlidir”
30 iyun 2022 , 11:45