Azərbaycan 82 mm çaplı minaatan ixrac edəcək
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Məlumata görə, 2010-cu ilin ortalarında adı açıqlanmayan ABŞ şirkəti ilə imzalanmış protokola əsasən həmin şirkət Yaxın Şərqdəki bir ölkə üçün bu minaatanların və müvafiq olaraq həmin silahlar üçün döyüş sursatlarının tədarükünü həyata keçirəcək.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş və testlərdən sonra Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasına daxil olmuş bu minaatanlar indiyədək bir neçə sərgidə nümayiş olunub. Minaatanlar istifadəsinin asanlığı və səmərəliliyi ilə xarici hərbçilərin diqqətini çəkib.
Qeyd edək ki, müdafiə sənayesi naziri Yavər Camalov ötən ilin may ayında APA-ya müsahibəsində də xarici bir şirkətdən 82 mm çaplı minaatanların alqı-satqısına dair sifariş aldıqlarını bildirmişdi.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29