ASMA Müşahidə Missiyası: Seçkilər şəffaf keçirilib
08 noyabr 2010 11:01 (UTC +04:00)

ASMA Müşahidə Missiyası: Seçkilər şəffaf keçirilib

Avropa Seçkiləri Müşahidə Akademiyasının (ASMA) Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyasının üzvləri mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, Belçikadan olan parlament üzvü Detxe Alain müşahidə missiyasının yekun mövqeyini açıqlayıb.

D. Alain bildirib ki, missiya 27 Avropa ölkəsini, ABŞ və Kanadanı təmsil edən 163 deputat və seçki ekspertlərini özündə birləşdirib. ASMA müşahidəçiləri seçki günü 77 dairədə müşahidə aparıblar. Qeyd olunub ki, məntəqələrdə səslərin hesablanması şəffaf şəkildə həyata keçirilib, seçki məntəqələrinə giriş azad olub, seçicilərin barmaqların mürəkkəbləməsi düzgün şəkildə həyata keçirilib. Hesabatda o bildirilib ki, səsvermə proseduru professional, mütəşəkkil şəkildə, beynəlxalq standartlara uyğun təşkil olunub, seçki günü seçicilərin aktivliyi müşahidə edilib, hətta bəzi məntəqələrdə seçicilərin növbəsi yaranıb.

D. Alain deyib ki, missiya müşahidəçiləri səslərin hesablanması prosesində heç bir problemlə qarşılaşmayıblar. Hesabatda qeyd edilib ki, missiya Azərbaycanı stabil və demokratik institutların qurulmasını davam etdirməyə çağırır.
Həmçinin missiya ATƏT Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu özlərinin əvvəlki qiymətləndirmə və tövsiyələrində inkişaf və çatışmazlıqları yoxlamaq və növbəti seçkilərin təşkilini təkmilləşdirmək üçün Azərbaycanın Mərkəzi Seçki Komissiyası və icra orqanları ilə konstruktiv dialoqa girməyə səsləyir.
# 469

Oxşar yazılar