Səsvermə başa çatandan sonra MSK-nın iclası keçirilib
APA-nın xəbərinə görə, iclasda MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və MSK üzvləri Ramiz İbrahimov, Qabil Orucov, Validə Kazımova, Nizami Nadirov məlumat veriblər.
Toplantıda çıxış edən MSK üzvü Gülağa Aslanlı gün ərzində ona çoxlu sayda şikayət daxil olduğunu bildirib: “Təxminən 40-a yaxın seçki dairəsində qanun pozuntusu, saxtakarlıqlar barədə müraciətlər daxil olub. Bu, o deməkdir ki, seçkini istədiyimiz kimi keçirə bilmədik”. G. Aslanlı “AXCP-Müsavat” siyasi partiyalar blokunun müşahidəçilərinin seçki məntəqələrindən çıxarıldığını söyləyib.
MSK üzvü Nizami Nadirov isə vurğulayıb ki, bu müraciətlərin çoxu şişirdilib.
MSK-nın digər üzvü Ramiz İbrahimov müşahidə etdiyi 20 saylı Seçki Dairəsinin seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunduğunu, məntəqələrdə xeyli sayda şəxsin müşahidə apardığını bildirib.
MSK üzvü Akif Qurbanov seçki günü ona da bir sıra müraciətlərin edildiyini deyib. Onun sözlərinə görə, həmin müraciətlərlə bağlı yaranmış problemlərin bir qismi yerindəcə həll olunub: “Təəssüf ki, xüsusilə 18, 44, 68 saylı seçki dairələrində baş verən ciddi qanun pozuntularının qarşısı alınmayıb”.
MSK üzvü Mikayıl Rəhimov bu gün Sabunçu rayonunda yerləşən 3 seçki dairəsində müşahidə apardığını bildirib. O, 28 saylı Sabunçu III Seçki Dairəsində səsvermənin normal getdiyini bildirib: “Lakin 26 və 27 saylı seçki dairələrindən bir sıra şikayətlər olub. Bu müraciətlərin bəziləri təsdiqini tapmayıb, qalanları isə yerindəcə həll olunub”.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45