Qırğızıstanda həbs edilən azərbaycanlı iş adamı azadlığa buraxılıb
Bu barədə APA-ya Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, bir neçə ay əvvəl Qırğızıstanda baş verən hakimiyyət dəyişikliyindən sonra həbs olunan “Flexi Communications” piar şirkətinin təsisçisi və rəhbəri V.Xəlilova məhkəmədə bəraət verilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, V.Xəlilov aprel ayının 12-də Bişkekdə həbs olunub. Aprelin 14-də ona qarşı qanunsuz yolla əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması ittihamı irəli sürülüb. Onun həbsinin əsl səbəbi isə Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim Bakiyevlə sıx əlaqələri olub.
V.Xəlilov 20 ildən çox “Azadlıq” radiosunda və BBC-də çalışıb. Onun yaratdığı “Flexi Communications” piar agentliyi Qırğızıstan və digər Orta Asiya ölkələrində korporativ-maliyyə kommunikasiyaları, marketinq, veb-dizayn və müxtəlif tədbirlərin keçirilməsi sahəsində yerli və xarici şirkətlərə xidmət göstərib, o cümlədən Kurmanbek Bakiyevin internet səhifəsini hazırlayıb.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04